MKİ-nin sabiq direktorları Trampa qarşı birləşir! – Məktub yazıblar…

18-08-2018, 07:31           
MKİ-nin sabiq direktorları Trampa qarşı birləşir! – Məktub yazıblar…
Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin 11 nəfər yüksək məqamlı sabiq əməkdaşı məktub yazaraq, kəşfiyyat xidmətinin sabiq direktoru Con Brennanın məxfi fayllara girişinin qadağan oluması barədə Ağ Evin qərarını pisləyib. Bu barədə «CBS» xəbər verib və məktubun imzalı mətnini dərc edib.

«Biz, Ağ Evin ehtiyatsız və misli görünməmiş iradlarına və fəaliyyətinə reaksiya verməyə məcbur olduq. Biz, hamımız bilirik ki, Con fövqəladə istedadlı, bacarıqlı və vətənpərvər insandır və bütün şüurlu həyatını bu millətə xidmətə həsr edib» – məktubun mətnində belə deyilir.

Məktubun müəllifləri sırasında Amerika kəşfiyyat xidmətinin 6 sabiq başçısı – Uilyam Vebster, Corc Teneta, Porter Hoss, Maykl Hayden, Leon Panetta, Ceyms Klapper və Brennanın sələfi Devid Petreusun adları var. Onların hamısı Donald Trampın qərarını «yersiz və dərin kədərli» qərar adlandırıb.
azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.