“Onlar Putinin “Troya atları"dır, hədəfi...” – ŞOK İDDİA

19-08-2018, 08:58           
“Onlar Putinin “Troya atları"dır, hədəfi...” – ŞOK İDDİA
Rusiya prezidenti Vladimir Putin Avropanın parçalanması üçün top-siyasətçilərdən istifadə edir.

Publika.az xəbər verir ki, bu haqda məşhur alman jurnalisti Boris Raytşuster Ukraynanın “Seqodnya” (“Bu gün” ) nəşrinə müsahibəsində danışıb.

“Putin Avropanı bir-birindən ayırmaq üçün oynayır. Onun Avropada “Troya atları” çoxdur. Putin bu oyunun ustasıdır. Buna görə də təhlükə var ki, Avropada zəif yerləri verəcəklər. Hətta Almaniya cəmiyyətində lobbiçilər var ki, “Şimal axın-2” qaz kəməri layihəsini illərdir müdafiə edirlər. Təəssüf ki, Avropada Putinin təsiri böyükdür”, - jurnalist deyib.

Jurnalist Kreml liderinə yaxın olan siyasətçilər arasında Macarıstanın baş naziri Viktor Orban və İtaliyanın yeni daxili işlər naziri Matteo Salvininin adını çəkib.

O qeyd edib ki, ekstremal sollar Putini dəstəkləyirlər və onun hələ də kommunist olduğunu düşünürlər.

“Həmçinin ekstremal mühafizəkarlar onu dəstəkləyirlər. Mən, məsələn, Brüsseldə mühafizəkar dairələr qarşısında çıxış edəndə orada keşişlər deyirdilər: siz niyə Putini söyürsünüz, o xristianlığın ümididir, o qərb dəyərlərini xilas edir, o əxlaqsızlığa qarşıdır. Bu, valehedicidir. Dindarlar onu dindar, mühafizəkarlar mühafizəkar, sollar isə solçu hesab edirlər. Bu çox təhlükəli və kədərlidir. Mən anlayıram ki, çoxları Qərbin siyasətindən narazıdır, çox tənqid etmək və dəyişdirmək lazımdır. Amma Putində çıxış yolu olduğunu düşünmək cəfəngiyatdır”, - Raytşuster qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.