Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir –Moskva ilə Bakı arasında ikitərəfli saziş imzalana bilər

30-08-2018, 07:18           
Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir –Moskva ilə Bakı arasında ikitərəfli saziş imzalana bilər
Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi haqqında danışıqlar aparmağı planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bunu nəzərdə tutan diplomatik görüşün keçirilməsi niyyətinə dair sərəncam imzalayıb.

Sərəncamın mətni Rusiyanın hüquqi məlumatların rəsmi internet portalında yerləşdirilib.

Danışıqların nəticəsi olaraq Moskva ilə Bakı arasında ikitərəfli saziş imzalana bilər.

Qeyd edək ki, 2018-ci ilin ilk beş ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru