Tramp Çini Şimali Koreyaya təzyiq göstərməkdə günahlandırıb

30-08-2018, 07:25           
Tramp Çini Şimali Koreyaya təzyiq göstərməkdə günahlandırıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtonla olan şəxsi fikir ayrılığı səbəbindən Şimali Koreyaya təzyiq göstərir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Tramp tərəfindən "Twitter"də paylaşılan bəyanatında deyilir.

"Prezident Tramp möhkəm əmindir ki, Şimali Koreya bizim Çin hökuməti ilə ticarət üzrə böyük fikir ayrılıqlarımız səbəbindən Pekin tərəfindən böyük təzyiq altındadır. Eyni zamanda biz həm də bilirik ki, Çin Şimali Koreyaya pul, yanacaq, gübrə və müxtəlif məhsullar daxil olmaqla əhəmiyyətli köməklik göstərir. Bu, vəziyyətə kömək etmir!" — deyə bəyanatda qeyd olunur.

"Bununla belə, prezident hesab edir ki, onun Kim Çen Inla münasibətləri çox yaxşı və xoşdur.

ABŞ və Çin arasında ticarət mübahisələri və digər fikir ayrılıqlarına gəldikdə isə, onlar vaxtı gələndə prezident Tramp və Çin lideri Si Szinpin arasında öz həllini tapacaq. Onların münasibətləri və ələqaləri çox möhkəmdir", - deyə Ağ evin bəyanatında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru