Nikoldan cavab: Putin niyə Köçəryanı təbrik etdi? – Video VİDEO

4-09-2018, 17:40           
Nikoldan cavab: Putin niyə Köçəryanı təbrik etdi? – Video VİDEO
Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın eks-prezidenti Robert Köçəryanı ad günü münasibəti ilə təbrik etməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Paşinyan bu məsələyə iki şəxs arasındakı münasibətlər səviyyəsində baxdığını deyib.

“Vladimir Putin fərqli ölkələrin keçmiş və hazırkı liderləri ilə şəxsi əlaqələri çox yüksək qiymətləndirir. Siz yəqin ki, bir müddət əvvəl Putinin Avropa Birliyi ilə münasibətlərdə bir sıra problemlər yaşamasına rəğmən, Avstriyanın yüksək vəzifəli şəxslərindən birinin toyunda iştirak etdiyini gördünüz”, – deyə o bildirib.

Jurnalistlərdən birinin “Putin Köçəryanı 10 ildir ki, təbrik etmirdi” replikasına Paşinyan “statistikada həddən artıq diqqətli olmamışam” cavabını verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru