Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq

5-09-2018, 07:16           
Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq
Suriyanın İdlib vilayətində hərbi əməliyyatların aparılması bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

"İdlibə hərbi hücum bölgədə yaşayan 3 milyondan çox dinc sakinin həyatını təhlükə altına qoymuş olardı və yeni humanitar fəlakətə gətirib çıxarardı. Hər hansı bir kimyəvi silahdan istifadə dağıdıcı humanitar nəticələr verə bilər", - deyə Moqerininin bəyanatında bildirilir.

"Bundan əlavə, İdlib əyalətində irimiqyaslı hərbi əməliyyatların aparılması qeyri-sabit bir bölgədə onsuz da təhlükəli olan münaqişənin gərginləşməsinə səbəb olacaq", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, İdlibdə gərginlikdən qaçmaq lazımdır, əks təqdirdə günahkarlar öz xalqları və tarixləri qarşısında məsuliyyət daşımalı olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru