Azərbaycan "Putin İttifaqı"na daxil olmağı istisna etmir

1-10-2015, 11:22           
Azərbaycan "Putin İttifaqı"na daxil olmağı istisna etmir
Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmir.

Bunu "Sputnik" agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsindəki səfəri zamanı bildirib.

“Heç zaman heç zaman demə”, - deyə Azərbaycan XİN-in rəhbəri müvafiq suala cavab verərkən vurğulayıb və hal-hazırda onun ölkəsinin Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini xatırladıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti daha öncə Azərbaycan, İran, Hindistan və Monqolustanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini, Türkiyənin isə ittifaq ilə ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi.

Onu da qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru