Sabirabadda 39 yaşlı kişi qətlə yetirilib 12-02-2016, 13:09 Sabirabad rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Sabirabad şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlu həmin ünvanda bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Facebook-da paylaş