"Şərq Tərəfdaşlığı" nazirləri bu gün toplaşır

23-05-2016, 11:10           

"Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü bu gün Brüsseldə keçiriləcək.

"Report" xəbər verir ki, görüş Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl baş tutacaq.
XİN başçılarının görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.
Görüş zamanı nazirlər Avropa Qonşuluq siyasətindəki islahatlar fonunda proqramın inkişafı, eləcə də 2017-ci ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" sammiti hər iki ildən bir keçirilir. Son belə sammit 2015-ci ilin may ayında Riqada keçirilib. "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri isə ildə bir dəfə görüşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru