Azərbaycanın baş məşqçisi seksual manyak imiş- məhkəmə
21-12-2016, 09:30
Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Peter Zayzenbaheri Avstriyada tapa bilmirlər.
Virtualaz.org xatırladır ki, dünən orada həddi-buluğa çatmamış bir neçə qıza qarşı seksual xarakterli cinayətlərin törədilməsi ittihamı əsasında məhkəmə dinləmələri başlamalı idi.
Zayzenbaher məhkəməyə gəlməyib, onun telefonu söndürülüb, ikiqat olimpiya çempionunun vəkili isə müdafiə etdiyi şəxsin harada olduğunu bilmir. Baxmayaraq ki, Azərbaycan Cüdo Federasiyasından virtualaz.org-a Zayzenbaherin məhz Avstriyadakı məhkəmə ilə bağlı Azərbaycanı tərk etdiyini bildiriblər.
Xatırladaq ki, bu il oktyabrın başlanğıcında Vyana prokurorluğu onun qurbanlarından birinin ərizəsinə əsasən başlanmış üçillik araşdırmanın nəticələrinə görə keçmiş idmançıya qarşı ittiham irəli sürüb. 56 yaşlı avstriyalı 1990-cı illərin sonlarında və 2000-ci illərin başlanğıcında - Vyana idman klublarından birində işlədiyi dövrdə iki qızın zorlanmasında ittiham olunur. Zayzenbaher 10 ilə qədər həbs cəzası ala bilər.
Qeyd edək ki, o, Azərbaycan yığmasına ilk dəfə 2012-ci ildə rəhbərlik etməyə başlayıb. Amma 2014-cü ildə Zayzenbaher öz postunu tərk edib. Onun rəhbərliyi altında Elxan Məmmədov Azərbaycan cüdosunun tarixində birinci dünya çempionu oldu.
2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət etdilər. Rio olimpiadasında bizim komandamız iki gümüş medal qazandı…