“Bank of Baku”da rüsum tələsi - ŞİKAYƏT VAR
10-01-2017, 10:41
“Deməli ailə mən son 5000 kredit alıb, 7500 pul ödəyib faizlə.Ödəyib,bitirib.Vaxtından əvvəl ödəyiblər. Sonunda da banka deyiblər ki,pulun ödəyib bitirdiyinə dair arayış/çıxarış tipli bir sənəd versinlər”
Bu barədə İlham Məmmədli “Bank of Baku”da ailəsinin üzləşdiyi problem haqda yazıb.
Onun sözlərinə görə, bankdan əlavə tələb irəli sürülüb: “Ordan da deyiblərki bəs möhür istəyirsənsə, bu qədər imza istəyirsənsə, bu qədər pul verməlisən.
Evdəkilər şoka düşüb ki, bu vaxta qədər banka 10 000 manatdan çox xeyir vermişik, bu nə hərəkətdir. Belə bir rüsum varmı bankda ya artıq banklar o dərəcə düşüb? O qədər xeyir verən müştəridən 5 manat da qoparmaq qənimətdir söhbəti edirlər”
İstehlak kreditləri sahəsində ölkənin fəal banklardan olan “Bank of Baku” hazırda ən yüksək faiz siyasəti yeridən banklardan biridir.
Maraqlısı isə odur ki, borcalanlar bankın internet ünvanında bir faizlə, qapısında başqa faizlə qarşılaşırlar.
Qısası, faizlərdə endirim reklamları sadəcə müştəri ovuna hesablanıb. Reallıq da hər hansı faiz endirimindən deyil, artımından söhbət gedə bilər.
Başlayaq nağd pul kreditlərindən. Hazırda bank təkrar müştərilər üçün 7000 azn, müddəti 3 aydan 36 aya qədər kredit təklif edir.
Kreditin illik faiz dərəcəsi 28-30 faiz, faktiki illik faiz dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni müştərilər üçün nəzərdə tutulan nağd kredit xəttinin minimum məbləği 250 manat, maksimum məbləği 1000 manatdır.
Bu kreditin müddəti də 6 -12 ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik faiz dərəcəsi 36,19 , maksimum 39,27 faizdir.
Göründüyü kimi, faizlər 28 faizdən başlayır. Hələ bura müştərinin bankın onlayn səhfəsində rast gəlmədiyi, bankda tanış olduğu komissiya haqqını da əlavə etsən minimum faizlər 32 faizdən başlayır. \\regionxeberleri.com\\