Kamaləddin Heydərovun müavini oğluna dəbdəbəli toy etdi

13-10-2015, 13:05           
Kamaləddin Heydərovun müavini oğluna dəbdəbəli toy etdi
Fövqəladə Hallar nazirinin müavini, general Orucəli Hacıyevin ailəsində toy çalınıb.

AzNews.az xəbər verir ki, iki gün əvvəl (10 oktyabr) generalın oğlu Emin Hacıyev evlənib. Bakının dəbdəbəli şadlıq saraylarından olan Bulvar Otel restoranında baş tutan mərasimdə ölkənin bir çox yüksək vəzifəli şəxsləri, o cümlədən Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov da iştirak edib.

E.Hacıyevin sadə bir ailənin qızıyla evlədiyi deyilir.

Qeyd edək ki, Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru