Ağalar Vəliyevin hədəfi nədir? - Əgər üsyandırsa...

16-10-2015, 11:05           
Ağalar Vəliyevin hədəfi nədir? - Əgər üsyandırsa...
Deputat yanan binanın sakinlərini üsyana sürükləyir

"Aqrartikinti"nin sədri, deputat Ağalar Vəliyev hələ də Azadlıq prospektindəki yanan binanın sakinlərinin problemlərini həll etməyib.

Yada salaq ki, binanın təmiri, mənzillərin mebel və məişət avadanlıqları ilə təmin olunması "Aqrartikinti"yə tapşırılmışdı. Binanın təmirindən sonra isə məlub ki, mənzillərə məişət avadanlıqları verilməyib. Bundan başqa təmirin keyfiyyətsiz olduğu üzə çıxıb. Sakinlər buna etiraz olaraq ötən həftə aksiya keçirmişdilər.

İstiqlal.az-a daxil olan məlumata görə, aksiyadan sonra Ağalar Vəliyevə problemi həll etmək tapşırığı verilib. Lakin deputat yenə də prezidenti aldatmaqla məşquldur. Məlumatda bildirilir ki, Ağalar Vəliyev sakinlərə seçkidən sonraya vəd verib.

Bildirilir ki, Ağalar Vəliyevin məqsədi parlament seçkilərində problem yaşamamaqdır. Deputat düşünür ki, seçki kampaniyasında belə xoşagəlməz situasiya ilə üzləşməsi onun mandat arzusunu gözündə qoyar.

Məlumata görə, sakinlər də baş verənlərin fərqindədir və buna görə də yaxın günlərdə yenidən aksiya keçirməyə hazırlaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru