Bu gündən bəzi sahələrdə aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar gəlir vergisindən müvəqqəti azad olunur

1-01-2019, 10:03           
Bu gündən bəzi sahələrdə aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar gəlir vergisindən müvəqqəti azad olunur
Bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilir.

“Report” xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilib.

Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru