Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır

1-01-2019, 10:09           
Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır
Bu gündən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.

“Report” xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Minik avtomobilləri
- Mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 0,30 manat
- Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat
- İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru