Azərbaycanda 15 bank ləğv olunur - SİYAHI

3-01-2019, 08:27           
Azərbaycanda 15 bank ləğv olunur - SİYAHI
2018-ci ildə Azərbaycanda ləğv prosesində olan bankların siyahısına daha 1 bank əlavə edilib.

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını 2016-cı ilin dekabr ayında ləğv etdiyi "Dəmir Bank" ASC-dir.

Bundan başqa, hazırda ölkədə 14 bankın ləğv olunması davam etdirilir. Həmin banklar lisenziyası 2011-ci ilin yanvar ayında ləğv edilmiş "Birlik Bank" ASC, 2012-ci ilin iyul ayında ləğv edilmiş "Royal Bank" ASC, 2015-ci ilin iyul ayında ləğv edilmiş "Euro Bank" və "Azərbaycan Kredit Bankı" ASC-lər, 2016-cı ilin yanvar ayında ləğv edilmiş "Bank of Azerbaijan", "Gəncə Bank", "Yunayted Kredit Bank", "Qafqaz İnkişaf Bankı" və "Atra Bank" ASC-lər, fevral ayında ləğv edilmiş "Texnika Bank" ASC, iyul ayında ləğv edilmiş "Deka Bank", "Kredo Bank" və "Zamin Bank" ASC-lər, sentyabr ayında ləğv edilmiş "Bank Standard" QSC-dir.

Beləliklə, hazırda ölkədə 15 bank ləğv olunur.
sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru