Sığorta şirkətinin pulu mənimsənilib - Bakıda

18-01-2019, 12:57           
Sığorta şirkətinin pulu mənimsənilib - Bakıda
"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət törədən şəxsə cinayət işi başlanıb.

Open.az-ın əldə etdiyi məlumata görə, Şəmsəddin Qurbanov ASC-ə qarşı mənimsəmədə ittiham olunub.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. S. Qurbanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 29-a təyin edilib.

Qeyd edək ki, Ş. Qurbanov barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (məniməsəmə, şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru