Yağıntının çovğun, qasırğa və tufan kimi təqdim olunması nəyə xidmət edir?

18-01-2019, 17:30           
Yağıntının çovğun, qasırğa və tufan kimi təqdim olunması nəyə xidmət edir?
"Öncə qeyd edim ki, Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğətinin (Bakı-Elm-2008) 727 səhifəsində qeyd edilir ki, çovğun - düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər zamanı yaranır. Tufan adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir".

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad Ibadoğlu deyib:

"Hava proqnozlarına görə, Azərbaycanın paytaxtında qar gözlənilmir, ayın 17-də saatda 58 km, 18-də saatda 39 km, 19-da isə 13 km sürətlə külək əsəcək, yalnız bu gün yağış yağacaq. Göründüyü kimi, Bakıda bu gün hava yağışlı və küləkli olacaq, sabahdan sabitləşəcək. Rayonlara gəlincə, dağlıq rayonlara qar yağacaq. Qışda da dağlıq ərazilərə qar yağması adi haldır.

Bəs belə olan halda Bakıda küləklə müşaiyət olunan yağıntının çovğun, qasırğa və tufan kimi təqdim olunması nəyə xidmət edir?

Birincisi, bununla büdcədən normadan qat-qat çox vəsait ayrılaraq, mənimsəniləcək.
İkincisi, mitinqdə əhalini kütləvi iştirakdan çəkindirmək üçün onların tərəddüdü çoxaldılacaq.
Üçüncüsü, "ekstermal" vəziyyətlə əlaqədar dövlət orqanlarının hazırlıq vəziyyəti yoxlanılacaq və eksperimentlər aparılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru