Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19-01-2019, 12:48           
Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq
Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib.
Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son altı ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O bildirib ki, əsassız əlillik verilməsinin ləğv edilməsi nəticəsində 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.

Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.