Masallıda təhsil adına biabırçılıq... - İDDİA
23-10-2015, 12:40
Masallı təhsil şöbəsinin müdiri Astan İbişov təkcə dövlət qurumunun rəhbəri deyil, eyni zamanda, fermerdir
İlk baxışdan burada qeyri-adi nəsə görməmək olar.
Üstəlik, İbişovun rayonun Təzə Alvadı kəndində yaşamasını da nəzər alsaq, onun kənd təsrrüfatı ilə məşğul olmasında qəbahət görünməyə bilər.
AzMedia.info xəbər verir ki, təhsil şöbəsinin müdirinin fermer kimi fərqliliyi isə ondan ibarətdir ki, o, özünün geniş maliyyə imkanlarını məhz heyvandarlıq kompleksinə sərf edir. Bizə verilən məlumatda deyilir ki, Astan İbişovun rayonda böyük heyvandarlıq kompleksi var. Fermalarında isə yüzdən artıq cins heyvan saxlayır.
Qeyd edilir ki, həmin heyvanların bir qismi xüsusi sifarişlə İsveçdən gətizdirilib. Yeni cins heyvanların məhsuldarlıq qabiliyyəti isə çox yüksəkdir. Məsələn, bir iri buynuzlu inəyin günlük süd verimi orta hesabla 45-50 litrə yaxındır.
Amma həmin heyvanların saxlanılması da heç də az xərc tələb etmir. Onların qidalanmasından tutmuş, gigeyenik qaydalara riyayət etməyə qədər hər şey pul istəyir. Məsələn, Astan İbişovun İsveçdən gətizdirdiyi heyvanların həftədə bir dəfə “duş qəbul” etməsi vacibdir. Təəccüblü göründü deyilmi. Bəli, bu cins heyvanlar həfətədə bir dəfə mütləq cimizdirilməlidir. Elə bu səbəbdən də Masallı təhsil şöbəsinin müdiri həfətədə bir dəfə baha qiymətə aldığı inəkləri duşa salıb, onları çimizdirir.
Deyilənlərə görə, İbişov heyvanlar üçün ayrıca şampun da aldırır. Və onlar heç də Azərbaycanda satılmır və Avropaya gedənlərdən gətirmələri xahiş olunur.
Xatırladaq ki, Astan İbişov Masallı təhsil şöbəsinin müdiri vəzifəsinə keçməzdən əvvəl mal-qara alveri ilə məşğul olub.
Qarşı tərəfi də dinləməyə hazırıq.