Azərbaycanda mobil operatorların üzərinə yeni vəzifə qoyulur

12-05-2019, 08:19           
Azərbaycanda mobil operatorların üzərinə yeni vəzifə qoyulur
Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur. Trend-in məlumatına görə, bununla bağlı məsələ “Telekommunikasiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.

Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru