""UNİBANK" mənə qarşı son soyğunçuluğunu da etdi" - Jurnalistin pulunu kəsiblər

16-05-2019, 08:55           
""UNİBANK" mənə qarşı son soyğunçuluğunu da etdi" - Jurnalistin pulunu kəsiblər
Hər kəsin bankı olduğunu iddia edən "Unibank" dollar kreditlərinə görə kompensasiya almalı olan vətəndaşlara kələk gəlməkdə davam edir.

Mia.az xəbər verir ki, dünən jurnalistlər - İlkin Muradovla Aytən Məmmədovun sosial şəbəkədəki şikayətindən sonra bu bankın əməliyyatlarına diqqət artıb. Aydın olur ki, "Unibank" təkcə adıçəkilən jurnalistlərə deyil, hamıya qarşı "planlı iş" aparıb.

Belə ki, bu gün daha bir jurnalist - Samir Səfərova da "Unibank" tərəfindən aldadıldıını bildirib.

O, sosial şəbəkədəki səhifəsində ""UNİBANK" mənə qarşı son soyğunçuluğunu da etdi. Açıqlanan kompensasiya məbləğindən karta düz 297 manat az məbləğ yüklənib", - deyə, yazıb.

Jurnalistin statusuna şərh ayzanlar isə bununla bağlı Palataya şikayət etməyi məsləhət görürüblər.

Teref.az iddialarla bağlı bankın da mövqeyini yaymağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru