“Bu qədər adamı sakitcə işdən çıxardıq” - SOCAR RƏSMİSİ
13-11-2015, 21:25
Son illər Dövlət Neft Şirkətində (SOCAR) işçilərin sayı 73 mindən 52 minə qədər azaldılır. Fins.az-ın məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov məlumat verib. Onun sözlərinə görə, işçilərin ixtisarı tədricən, səs-küy yaratmadan həyata keçirilib və əsasən SOCAR-a məxsus fəaliyyətini demək olar ki, dayandırmış müəssisələrdə işçi kimi qeydiyyatda olan şəxsləri əhatə edib: “Onlar sadəcə işçi kimi ştatda idilər və demək olar ki, havayı maaş alırdılar.
Biz “Ernst and Young” audit şirkətini dəvət etdik və onların tövsiyəsi əsasında bu ixtisarları həyata keçirdik. İşçilərin əhəmiyyətli qisminə 5 aylıq əmək haqqı ödədik, bir qismini isə 1 il 50% maaş almaq şərtilə SOCAR-ın təlim-tədris mərkəzinə cəlb etdik ki, ixtisaslarını dəyişsinlər və şirkətə məxsus başqa müəssisələrdə işləsinlər. 298 nəfər bu cür yolla yeni işə qəbul edildi”.