Xaçmaz rayonunun Baraxum kənd sakininin meyiti öz bağında tapılıb. “Report”un xəbərinə görə, 1979-cu il təvəllüdlü Elçin Arzumanovun meyiti tapılarkən yanında tüfəng də olub. Hadisə yerinə Xaçmaz Rayon Prokurorluğunun əməkdaşları gəlib. Onun intihar etdiyi ehtimal olunur. Ölümün dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.