Tərtərdə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” mövzusunda tədbir keçirilmişdir

19-11-2015, 21:22           

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Tərtər şəhərində-üç tam orta məktəbdə layihə həyata keçirmişdir.
Tədbirlərdə Gənclər Fondunun, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və aidiyyəti strukturların nümayəndələri, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.
Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəblərin yuxarı sinif şagirdlərinə, ümumilikdə 200-ə yaxın müxtəlif formada maarifləndirici buklet və 50 ədəd üzəri yazılmış köynək paylanılmışdır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.