Gecikdirilən sığorta haqqına görə – FAİZ HESABLANIB BELƏ BÖLÜNƏCƏK – QURUMLAR

26-12-2019, 08:33           
Gecikdirilən sığorta haqqına görə – FAİZ HESABLANIB BELƏ BÖLÜNƏCƏK – QURUMLAR
Azərbaycanda 2020-ci ildən etibarən tibbi sığorta haqqının gecikdirilməsinə görə vergi orqanları tərəfindən faizlər hesablanacaq.

FED.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişikliklərin tətbiqi ilə bağlı prezident İlham Əliyevin fərmanında nəzərdə tutulur.

Fərmana əsasən «Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi aşağıdakı kimi bölüşdürülür:

5 faiz - Prezidentinin Administrasiyasında, Prezidentinin İşlər İdarəsində və Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Prezidenti Administrasiyasının hesabına köçürülür;

12,5 faiz - İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.