İcbari tibbi sığorta ölkə ərazisi üzrə bu ardıcıllıqla tətbiq olunacaq

27-12-2019, 19:11           
İcbari tibbi sığorta ölkə ərazisi üzrə bu ardıcıllıqla tətbiq olunacaq
Baş nazir Əli Əsədov “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Nazirlər Kabinetinin saytında yayılan məlumata görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci madəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinə 2020-ci il ərzində aşağıdakı ardıcıllıq nəzərə alınmaqla başlanılır:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

1.2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

1.3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

1.4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında.

Bu Qərar 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minir. (Publika.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.