Göygölün icra başçısından plakat yasağı - Bunu təsəvvür etmək belə çətindir...

21-01-2020, 19:53           
Göygölün icra başçısından plakat yasağı - Bunu təsəvvür etmək belə çətindir...
Göygöl rayonunda icra hakimiyyəti başçısının göstərişi ilə iqtdar namizədindən başqa, digər namizədlər yalnız seçki məntəqələrinin yaxınlığında quraşdırlımış lövhələrdə plakat vura bilərlər. Bu barədə PİA.az-a Göygöldən daxil olan məlumatda bildirilir.

Daxil olan məlumatda qeyd olunur ki, Göygöl şəhərinin başqa yerlərində namizədin təşviqat plakatının vurulmasına icazə verilmir. Ancaq YAP-ın namziədinin plakatları şəhərin hər yerində var.

Bildirilir ki, 101 saylı DSK-nın sədri Abbas Zalov da başçının sifarişini yerinə yetirir. Bunu təsəvvür etmək bir az çətindir, amma namizədlərə hətta qərargahın qapısına, divarına, pəncərəsinə seçkiqabağı çap materialı vurmağı qadağan edilib və DSK sədri bu qadağanı icra başçısının tapşırığı olduğunu bildirir. Sözə baxmayan namizədi də açıq-aşkar hədələyirlər.

Görünür ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun ölkədə gedən prosseslərdən xəbərsizdir və ölkə prezidentinin son təlimat və tapşırıqlarından xəbərsiszdir.
pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.