123 sayl Kəlbəcər Seçki Dairəsindən seçicilərə təzyiq olunur – ŞƏKİLLƏR CIRILIR

2-02-2020, 19:39           
123 sayl Kəlbəcər Seçki Dairəsindən seçicilərə təzyiq olunur – ŞƏKİLLƏR CIRILIR
123 sayl Kəlbəcər Seçki Dairəsindən millət vəkilliyinə namizəd Səxavət Kəlbəcərliyə (Süleymanov ) qarşı təzyiqlər var.

Sozcu.az -a verilən məlumata görə, bir neçə öyrədilmiş şəxs Səxavət Süleymanovun şəkillərini cırır. Bundan əlavə sahibkarlara təzyiq edilir ki, əgər Səxavət Kəlbəcərlinin şəkillərini obyektlərinizin qarşısında görsək sizin üçün yaxşı olmayacaq.

Səxavət Süleymanovun seçki qərəgahından verilən məlumatda bildirilir ki, Kəlbəcər sakinlərini Səxavət Süleymanovun görüşlərinə qatılacaqları təqdirdə işdən çıxarılacaqları ilə təhdid edirlər. 123 sayl Kəlbəcər Seçki Dairəsində bütün hökümət resusları Aqil Məmmədovun xeyrinə səfərbər olunub. Hazırda Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun adamları Səxavət Süleymanovu şantaj , Kəlbəcər sakinlərini isə təhdid etməklə məşğuldurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru