Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA

29-06-2020, 15:26           
Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA
Bioloji Təbabət Klinikasının bir neçə əməkdaşının koronavirusa yoluxduğu, baş həkimin isə hamını işə gəlməyə məcbur etdiyi barədə məlumatlar yayılıb.

İddia olunur ki, bəzi tibb işçiləri rəhbərliyin tələbilə hətta qızdırma və öskürək əlamətlərilə işə gəlirlər.

Bioloji Təbabət Klinikasının İnsan Resursları Departamentinin direktoru Teymur Əliyev isə Modern.az-ın sorğusuna cavab olaraq olaraq əməkdaşlarda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.

T.Əliyev qeyd edib ki, klinika tam şəkildə fəaliyyət göstərir:

“Əməkdaşlarımızdan kimsə virusa yoluxmayıb. Amma özündə hansısa simptomlar hiss edənlər, əməkdaşımız olmayan vətəndaşlar var ki, bizim klinikada Kompüter Tomoqrafiyası (KT) vasitəsilə müayinə olunurlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru