Daha 7 sığorta şirkəti tənəzzülə doğru gedir... - Rəqəmlər...

1-07-2020, 09:57           
Daha 7 sığorta şirkəti tənəzzülə doğru gedir... - Rəqəmlər...
Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin isə yığımları azalıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 5 ayda 1,101 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 5,174 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,2% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 5 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 0,1% azalaraq 1,058 milyon manata düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru