ELEKTRON TİCARƏTƏ LİMİT TƏTBİQ ETMƏK NECƏ OLUR CƏNABLAR?

24-08-2020, 18:38           
ELEKTRON TİCARƏTƏ LİMİT TƏTBİQ ETMƏK NECƏ OLUR CƏNABLAR?
Teref.az xəbər verir ki, iqtisadçı ekspert Razi Abasbəyli yeni elektron ticarətə tətbiqi nəzərdə tutulan gömrük rüsumları ilə bağlı məqalə ilə çıxış edib. Məqaləni təqdim edirik:
Yazının sonunda qanundan bir çıxarış var - oradakı zənci budaq cümlələriini başa düşən olsa yazsın. Nə zamana qədər qanunlarımızın dili bu qədər bərbad, bu qədər anlaşılmayan halda olacaq? Bir neçə gündür ki, insanlar heç nə başa düşmür ölkəyə elektron qaydada gətirilən hansı istehlak mallarına gömrük rüsumu tətbiq ediləcək.

Bütün dünya postpandemiya dövrünə hazırlaşır. Dünyada elektron ticarət dövriyyəsinin ötən illə müqayisədə az qala 2 dəfə yüksələrək 1 trilyon dollara qədər artacağı proqnozlaşdırılır. Elə Azərbaycanda da yanvar-iyul aylarında elektron ticarətdə 1.8 dəfə artım olub. Daxili bazarda inhisarçıların at oynamasının qarşısı qismən alınıb. Vətəndaşlar günün 24 saatı, həftənin 7 günü ərzində dünyanın istənilən ölkəsindən istədiyi məhsulu ala bilir. Qapısına qədər gətirə bilir. Azərbaycanda da yanvar ayından etibarən daxili bazarda hegemonluq edən, istədiyi qiyməti diktə edən bazar iştirakçıları da məcburi qiymət endiriminə getməkdənsə, kimlərinsə
əliylə qanunları dəyişdirib əl-qolları açılsın deyə öz inhisarçılıqlarını qorumağa çalışırlar. Nəticədə elektron ticarətdən yararlanan kiçik sahibkarlar, sadə və daha aztəminatlı olan ailələr yararlanırdılar ki, onlar ziyan çəkəcək.

İndi isə qanuna edilən dəyişikliklə bağlı yayılan rəsmi açıqlamaua diqqət edək:

Avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib.

Qaydaların günün reallığına uyğun olduğunu əsaslandırmaq üçün Dövlət Gömrük Komitəsi dünya təcrübəsindən sitatlar gətirir. Məsələn Türkiyədə bir təqvim ilində bir vətəndaş öz adına yalnız 1 mobil telefon gətirə bilər. Türkiyədə artıq mobil telefon istehsalına başlayıb. Vestelin simsiz rabitə və mobil qurğular bazarında payı sürətlə artmaqdadır. O cümlədən də bir sıra iri şirkətlər, Huavey kimi nəhəng korparasiyalar Türkiyədə zavodlarını açmaq üçün hazırlıqlara başlayıblar. Rəsmi Ankaranın qərarı başa düşüləndir, daxili bazarı qorumaq lazımdır. Yerli istehsalı stimullaşdırmaq lazımdır. Azərbaycanda mobil telefonların heç qoruyucu sellofan maskası belə istehsal olunmur. O zaman bu nə maraqdır. Kimin maraqlarını qorumaqdır?

Başqa bir misal isə Rusiyada, Avropa Birliyi dövlətlərində bəlli limitli çəkiyə qədər poçt və karqo daşımalarına limit və rüsum tətbiq edildiyindən bəhs edilir. Sadəcə orada təqvim, günü, ayı və ya ili ifadəsi yoxdur. Yəni siz gün, həftə, ay ərzində məsələn Avropada 22 kiloqramdan artıq olmamaq şərtilə istədiyiniz qədər göndəriş həyata keçirə bilərsiniz. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Yəni daha 36 faizlik vergi tətbiq edilmir. Yəni heç kim demir ki, poçt və ya karqo yoluyla ölkəyə gətirilən bağlamalara vergi və ya rüsum tətbiq edilməsin. Sadəcə olaraq bir vətəndaşa bir ay ərzində 30 dollar alış veriş etdikdən sonra limitindən istifadə edilmiş kimi davranıb daha sonra 36 fazilik vergi tətbiq etmək başa düşülən deyil. Açığı bəndəniz olaraq mən də aşağıda sizlərə təqdim etdiyim qanundakı dəyişikliyi tam başa düşə bilmədim. Çox çalışdım bir neçə dəfə oxudum, vergilə qədər təkrar oxudum, hətta bir neçə dəfə vergülün yerini də dəyişdim yenə anlaya bilmədim. 300 dollarlıq limitdən Azərbaycan vətəndaşları necə istifadə edəcək. Belə... bütün qanunlarımız belə zənci budaq cümləsi halında yazılır ki, anlaşılan olmasın. Sonra gömrük əməkdaşı istədiyi kimi şərh eddib işini görsün.

2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”;

(2.1.4-cü yarımbəndinə edilən dəyişikliyə əsasən qeyd olunan həddlərdən artıq hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən mallar gömrük ödənişlərinə cəlb olunacaq.)
Razi Abasbəyi
iqtisadçı ekspert
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.