BNA-nın yeni HOQQABAZLIQ METODU - prezidentə müraciət hazırlanır

28-08-2020, 12:18           
BNA-nın yeni HOQQABAZLIQ METODU - prezidentə müraciət hazırlanır
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları şəhərin müxtəlif yerlərində olduğu kimi, indi də paytaxtın Bakıxanov qəsəbəsində yaşayış binalarının qarşısında xəlvəti cərimə yazmağa başlayıblar.

Reportyor.info-nun verdiyi xəbərə görə, BNA əməkdaşları “Uğur-2” yaşayış kompleksinin önündə avtomobil saxlayanları gizli şəkildə çəkərək gedirlər. Onlar günün müxtəlif saatlarında peyda olur, bir neçə avtomobilə cərimə yazıb gedirlər, qalan saatlarda isə binaların qarşısında yenə avtomobillər dayanmış olurlar.

Artıq bununla bağlı imzatoplama kampaniyası başladılıb və prezident İlham Əliyevə BNA-dan şiakyət göndəriləcək. Çünki binaların qabağında market, müxtəlif dükanlar, ofislər fəaliyyət göstərir və illərdir ki, burada avtomobillər saxlanır.

Yaşayış kompleksinin həyətində avtomobil saxlamağa yer tapmayan sakinlər, eləcə də taksi sürücüləri yol kənarında dayanmalı olurlar. BNA isə parklanman təşkil etməmişdən artıq cərimə yazmağa başlayıb.

Halbuki, dayanma-durma ilə bağlı səlahiyyətlər həm də Dövlət Yol Polisinə verilib. Amma DYP əməkaşları sözügedən ərazidə sürücüləri cərimələmirlər. Onsuz da burada maşın saxlamağa yer tapılmır və sakinlər bu mənada nəzərə alınırlar. Qeyd edək ki, son vaxtlar BNA-dan şikayətlər çoxalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru