On şəhər və rayon sərt karantin rejimi zonasından çıxarılıb, Bakı, Sumqayıt və Abşeronda isə məhdudiyyətlər davam edəcək

31-08-2020, 07:47           
On şəhər və rayon sərt karantin rejimi zonasından çıxarılıb, Bakı, Sumqayıt və Abşeronda isə məhdudiyyətlər davam edəcək
Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru