““Uber” və “Bolt” bazardan çıxacaq, digər taksi şirkətləri müflis olacaq” - AÇIQLAMA

1-09-2020, 03:51           
““Uber” və “Bolt” bazardan çıxacaq, digər taksi şirkətləri müflis olacaq” - AÇIQLAMA
"Bakı Nəqliyyat Agentliyi yeni konsepsiya hazırlayaraq taksilər üçün vahid tarif və vahid sifariş sistemi tətbiq etmək istəyir. Əsas tezisi də odur ki, bu sahədə süni rəqabət var, sərnişinlərin təhlükəsizliyi təmin edilməyib və taksi şirkətləri çox az pul qazanırlar... Bu məsələ bir daha onu göstərir ki, mövcud hakimiyyətin "azad iqtisadi mühit" və "rəqabət" anlayışı yoxdur. Sual edirəm: "vahid tarif" və "vahid sifariş sistemi" nə deməkdir? Nədən bazarda çalışan şirkətlər öz xidmət keyfiyyətlərinə uyğun olaraq və bazarda rəqabətə dayanıqlı olmaları üçün öz təklif siyasətlərini yürüdə bilməsinlər? Sizin tezisləriniz "rəqabətin" antitezisidir axı”.

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Azər Qasımlı deyib.

“Son illər ölkəmizdə sağlam rəqabət olan və az-çox insanların məmnun olduğu sahə məhz taksi xidməti idi. Lakin iqtisadiyyatın, azad mühitin düşməni olan və monopliya instinkti ilə hərəkət edən hökumət bu sahəni də inhisar altına almaq istəyir. Sonucda “Uber” və “Bolt” bazardan çıxacaq, digər şirkətlər müflis olacaq, taksistlər də yeni "rəislərin" təbəələrinə çevriləcək” – A.Qasımlı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru