"Azərsun" Holdinq işçilərini tən yarı azaltdı... - 7500 nəfərə yaxın işçi ixtisar olundu.
20-01-2016, 15:48
"Azərsun" Holdinq də neft böhranından nəsibini alıb. Bu barədə DİA.AZ-a şirkətdəki mənbə informasiya verib. Qaynağın iddialarına görə, "Azərsun" Holdinqin 7500 nəfərə yaxın əməkdaşı ixtisara düşüb.
Mənbə dia.az-a bildirir ki, ümumiyyətlə "Azərsun" Holdinqin 16 min nəfərə yaxın işçisi olub. Mənbənin söylədikləri: "Şirkət tam olaraq iflas həddindədir. 7500 nəfərə yaxın işçi ixtisar olundu. İxtisar prosesi davam da edəcək".