Ermənilər Qarabağdakı nadir bitkiləri məhv edib

20-10-2020, 01:05           
Ermənilər Qarabağdakı nadir bitkiləri məhv edib
Erməni təcavüzkarları işğal etdikləri ərazilərimizdə 21 növ Azərbaycan endemini, 82 növ Qafqaz endemini, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növlərini məhv ediblər.

Publika.az xəbər verir ki, bunu Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov deyib.

Alim bildirib ki, beynəlxalq konvensiyalar bu bitki növlərinin məhv edilməsini qadağan edir.

AMEA-nın müxbir üzvü onu da deyib ki, institutun alim və tədqiqatçıları geniş flora və fauna müxtəlifliyinə malik olan Qarbağımızın işğal altındakı ərazilərini düşmən tapdağından azad etdikdən sonra ətraf mühitin və genefondun mühafizəsini, davamlı inkişafını təmin etmək, bioloji müxtəlifliyin artırılması, təbiət abidələrinin dendroxronoloji tədqiqatlarla öyrənilməsi, şəhər və qəsəbələrin yaşıllıqlarının landşaft memarlığı prinsipləri əsasında planlaşdırılması istiqamətində aparılacaq işlərdə öz töfhələrini verməyə hazırdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru