İnternet provayderləri vəziyyəti nəzərə almalıdır – Ödənişlərdə güzəştlər olsun!

5-11-2020, 17:40           
İnternet provayderləri vəziyyəti nəzərə almalıdır –
Artıq 1 aydan çoxdur ki, ikinci Dağlıq Qarabağ müharibəsi davam edir. Əvvəlki döyüşlərdən fərqli olaraq bu dəfə ölkədə hərbi vəziyyət elan olundu. Eyni zamanda internetin verilməsində, eləcə də sosial mediaya daxil olmaqda məhdudiyyətlər tətbiq edildi. Hazırda bir çox yerlərdə internet məhdudiyyəti var. Xüsusi proqramlar olmadan sosial mediaya daxil olmaq mümkün deyil.

Son günlər internetə giriş imkanı məhdudlaşdırılan istifadəçilər ödənişlərlə bağlı bəzi fikir mübadiləsi aparırlar. Vətəndaşlar hesab edir ki, internetdən istifadə mümkün olmadığı üçün ödənişlər dayandırılmalıdır. Bəziləri isə heç olmasa, ödənişlərin yarıya endirilməsini məqbul sayır.

Maraqlıdır, ölkəmizdəki provayderlərin bu amilləri nəzərə alması mümkündürmü?

Sualımızı cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a bildirib ki, internet provayderləri mövcud durumu nəzərə almalıdır.Ekspertin sözlərinə görə, ölkəmizdəki provayderlər hazırda magistral provayderlərdən internet alıb bizə satırlar:

“Magistral provayderlərdən alınan internet trafiki azdır. Bu baxımdan xərclər də kifayət qədər aşağıdır. Provayderlərin xərci az olduğu üçün müştərilərə güzəştlər edə bilərlər. Opitmal variqnt odur ki, provayderlər növbəti aylarda daha böyük trafik və sürətlər alıb, istifadəçilərə təqdim edə bilərlər. Beləliklə məsələ kompensasiya olsun. Düşünürəm ki, bu, doğru addım olardı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru