Azərbaycan öz qazını Avropaya çatdırmaq planlarından çəkinməyəcək - SOCAR

6-11-2020, 10:41           
Azərbaycan öz qazını Avropaya çatdırmaq planlarından çəkinməyəcək - SOCAR
Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün aparılan hərbi əməliyyatlara baxmayaraq, ölkə təbii qazın Cənubi Avropaya çatdırılması üzrə planlarından çəkinməyəcək.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik Boru Kəməri (TAP) ildə 10 mlrd. kubmetr Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdıniz" qaz-kondensat yatağında hasil edilən qazın qəbulu üçün hazır olacaq.

"Cəmi iki həftədən sonra infrastrukturun (Cənub Qaz Dəhlizi – red.) yeni hissəsi artıq hazır olacaq", - TAP-ı nəzərdə tutaraq E. Nəsirov qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Uzunluğu 878 kilometr olan bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya bu ilin sonunadək çatdırılacağı nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru