Bağlanan 6 bankda nə qədər pul var?

28-01-2016, 17:25           
Bağlanan 6 bankda nə qədər pul var?
Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə bu il lisenziyası ləğv edilən 6 kommersiya bankında ümumilikdə vəsaitləri qorunan 31 266 əmanətçi var.

Report bildirir ki, bu banklarda kompensasiya olunan əmanətlərin ümumi həcmi isə 80,433 mln. manat civarındadır.

Bankların öz hesabatlarına əsasən, bu banklarda ("Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı") məcmu əmanətlərin həcmi isə 222,196 mln. manatdır.

Həmin banklarda fiziki şəxslərin qorunan əmanətləri 192,134 mln. manat, fiziki şəxslərin qorunmayan əmanətləri 51,991 mln. manat təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru