24 saylı poliklinikanın baş həkimi tənqidə cavab verdi - MÖVQE

10-12-2020, 16:29           
24 saylı poliklinikanın baş həkimi tənqidə cavab verdi - MÖVQE
Teref.az xəbər verir ki, saytımızda işıqlandırdığımız "Bülbülədə yerləşən 24 saylı poliklinikada nə baş verir- Baş həkim insanları niyə incidir?- İDDİA" başlıqlı tənqidi məqaləmizə 24 saylı poliklinikanın baş həkimindən elektron poçtumuza operativ cavab daxil olub. Baş həkim Bagırov.H.M-a operativ cavaba görə təşəkkür edərək, onun mövqeyini təqdim edirikj:
Tərəf.az saytin baş redaktoru
Nürəddin İsmayılov cənablarına
Hörmətli Nürəddin müəllim:
Qeyd etmək istəyirəm ki, sizin saytda verilmiş, Nağıyev Allahverdi Əli oğlunun şikayət yazısı həqiqətə uyğun deyil, belə ki, Vətəndaş Covid 19 pandemiyası ilə əlaqədar karantin vaxtı poliklinikaya daxil olan xəstələr pandemiya qanunlarına uyğun olunaraq hərarətləri ölçülür və dezinfeksiya edici vasitələrdən istifadəsi məcburi olduğu halda Nağı Allahverdi heç bir qanunlara tabe olmayaraq, səhiyyə işçilərini təhqir etmiş ünvanlarına təhqir edici sözlər ifadə etmiş, zorla poliklinikaya daxil olmuşdur. 24 saylı poliklinikanın Baş həkimi Hacıağa Bağırovun ünvanına təhqirli sözlər ifadə etmiş, söyüşlər söymüşdür. Dövlətə və dövlətçiliyə təhqirli sözlər ifadə işlətmişdi. Bu təhqirlərə poliklinikanın işçiləriylə yanaşı, xəstə passentlərdə şahiddir. Biz hər zaman vətəndaşlarının yanındayıq, bu cür insanlar bizim pandemiya dövrü işimizə mane olurlar. Əlilliklə əlaqədar istər ilkin, istərsə də, təkrar əlillər üçün 088 nömrəli göndəriş forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarını məhdudluğunu müəyyən olunması meyaralarına dair Əsasnamədə” göstərilən müddüalara əsasən təyin olunur. Belə ki, ilkin xəstələr son 1 ilin axırıncı 6 ayı ərzində müalicə olunduğu haqqında stasionar və ambulator olmaqla tibbi sənədlər (027 forması) təqdim edildiyi halda eləcə də, təkrar xəstələr üçün dispanser qeydiyyatda olmaqla müalicə olunmaları haqqında epikrizlər (forma 027) və digər tibbi sənədlər təqdim etdiyi halda 088 göndəriş forması həkim məsləhət komissiyası tərəfindən hər həftə 4-cü günləri xəstələr komissiya tərəfindən qəbul olunur, müayinələrə cəlb edilir və müvafiq qərar qəbul olunur. Xəstələrin xəstəlikləri istər müayinə , istərsə də təqdim etdikləri sənədlər əsasında uyğunsuzluqlar olduğu halda əlillik dərəcə üçün TSEK-a göndərilmir və müvafiq məsləhətlər verilir.
Fəaliyyət göstərdiyim illər ərzində Dövlətimiz və Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə “Fəxri adlar və Fəxri Fərmanlar” Republikanın Əməkdar Həkimi, SSRİ və Azərbaycan Republikası Səhiyyə Nazirliklərinin 1988-ci il və 2014-cü ildə Səhiyyə Əlaçısı Döş nişanları ilə təltif olunmuşam. Xalqıma və Dövlətimə vicdanla xidmət etmişəm, Hipokrat andına sadiq olmuşam, Dövlətimizin verdiyi tapşırıq və göstərişləri layiqincə yerinə yetirmişəm, Respublikamızın və Dövlətçiliyimiz süverenliyi naminə və İqtisadi cəhətdən inkişafı istiqamətində əlimdən gələni etmişəm və edəcəyəm.
Qeyd etmək istəyirəm ki, digər məsələlər iftira və böhtandan başqa bişey deyil, lazım gələrsə araşdırılması üçün heç bir etirazım yoxdur. Məlumat üçün poliklinikada Nağı Allahverdi Əli oğlu tərəfindən tibb işçilərinə qarşı etdiyi kobudluq və poliklinikanın iş rejimini pozduğu üçün tibb işçiləri akt tərtib edilmiş və müvafiq orqanlara təqdim olunmuşdur.

24 nömrəli ŞP-nın Baş həkimi Bagırov.H.M.
10.12.2020-ci il saat: 13:51
Teref.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.