“Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək” - Hande Harmancıdan ŞOK AÇIQLAMA

12-12-2020, 12:55           
“Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək” -
“Özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

APA-nın yerli bürosunun məlumatına görə, bunun Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir.

“Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxma artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə H.Harmancı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru