Ermənistanın təcavüzü nəticəsində ziyan çəkən bəzi ailələrə 1000 manat yardım ediləcək

14-12-2020, 16:41           
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkən bəzi ailələrə 1000 manat yardım ediləcək
Bu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində yardım ediləcək.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 14-də imzaladığı 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru