"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY

14-12-2020, 16:56           
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
"Şikayətim "Express Bankdan"dır. Deməli bu "gözəl" bank belə bir siyasət irəli sürüb ki, krediti öncədən ödəyirsən, bank isə artıq məbləği otuzdurur kredit hesabı üzərindən açılmış cari hesaba və artıq qalan məbləğ ay-ba ay həmin hesabdan silinir". DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Narazı vətəndaş daha sonra yazır: "Nəticə etibarı ilə siz güman edirsiniz ki, öncədən artıq məbləğ ödədiyiniz üçün faiz az hesablanacaq, amma bank öz bildiyi kimi hərəkət edib, sizin pulu "qırağa" atır və qrafik üzrə ödənişləri qəbul edir.

O zaman da siz rahat olursunuz ki, bəs məbləğ az qalıb artıq, faiz də az gələr... Deyir, sən saydığını say, gör "Express Bank" nə sayır..."

Teref.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru