Siyəzəndə büdcə pulları belə talan olunur

13-01-2021, 23:08           
Siyəzəndə büdcə pulları belə talan olunur
2020-cu ildə Siyəzən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 222 min 702 manat məbləğində 9 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 869 min 187 manat xərcləyib. Siyəzən Rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tenderlərin qalibi "EVEREST TİKİNTİ" MMC olmuşdur.

Siyəzən Suvarma Sistemləri İdarəsi 2020-ci ildə 6 tender keçirib ki, qaliblərə 353 min 515 manat ödənilib. Ən böyük tenderin qalibi "EVEREST TİKİNTİ" MMC (88 min 964 manat) olmuşdur.

Dia.az 2020-cu ildə Siyəzən Rayonunda keçirilən tenderləri təqdim edir.

Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir...

DİA.AZ bildirir ki, “Everest Tikinti" MMC 11 mart 2019-cu ildə 10 manat kapitalla Beyləqan rayonu, Beyləqan Ş, Əzizbəyov, ev 28-də qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Fərid Nüşrəvanlı İbrahim oğludur. Onu da bildirək ki, bu adamın adı da yetərincə qaranlıq faktlar mövcuddur ki, bu barədə yerli KİV-də bilgilər yer alıb.

Daha dolğun məqamların yer aldığı yeni yazımız olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarl əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.