"Kim gedib Bakıya vergi ödəyəcəksə, onun qazı, suyu və işığı da kəsiləcək" - Zakir Fərəcovdan xəbərdarlıq
4-02-2016, 17:08
"Sumqayıtda yerləşən bütün müəssisələr vergiləri Bakıya yox, Sumqayıta ödəməlidir".
SalamNews xəbər verir ki, bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.
Zakir Fərəcov bildirib: "Mən qəti şəkildə tapşırıq vermişəm ki, kim gedib Bakıya vergi ödəyəcəksə, onun qazı, suyu və işığı da kəsiləcək. Bu həm də cənab prezidentin verdiyi sərəncama uyğun atılan bir addımdır".