Yol polisi sabiq deputatın maşınını saxladı və... - Sensasion təfərrüat
7-02-2016, 21:55
Bir neçə gün öncə sabiq millət vəkili Nizami İsgəndərovun şəxsi avtomobili Sumqayıt Şəhər Yol Polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Bu barədə vətəninfo.az saytı məlumat yayıb.
Polis avtomobili saxlayan zaman avtomobili sürücü idarə edirmiş və sabiq millət vəkili avtomobildə olmayıb.
Məlumata görə, sabiq millət vəkili hadisə ilə bağlı Sumqayıt şəhər Yol Polis İdarəsinə gedib və avtomobilnin saxlanılmasının səbəbini öyrənməyə çalışıb.Sumqayıt şəhər DP-dən bildiriblər ki, avtomobilin cəriməsi var ödənilməyib.
Belə olduqda millət vəkilidə avtomobilinin cəriməsi olmadığı ilə bağlı sənəd təqdim edib.Bundan sonra ikinci bir bəhanə ortaya atılıb.Bu dəfə isə sabiq millət vəkilinə "Avtomobilinin sənədləri qaydasında deyil”deyilib.Mənbə bildirir ki, Nizami İsgəndərov avtomobilin bütün sənədlərini göstərib və sənədlərin qaydasında olduğun sübut edib və qeyri-qanuni olaraq avtomobilinin saxlanıldığını bildirərək avtomobilin cərimə meydançasından buraxılmasın tələb edib.
Belə olduqda isə Sumqayıt şəhər DYP-nin əməkdaşları avtomobilin cərimə meydançasından buraxılması üçün müvafiq şəxsin imza atmasın bildiriblər.Həmin DYP əməkdaşı isə nə az-nə çox düz 8 saat Sumqayıt şəhər DYP-nə gəlməyib və Nizami İsgəndərov gecə saat 22:00-da avtomobilini cərimə meydançasından çıxarda bilib.
Məlumatlı mənbə bildirir ki, sabiq millət vəkilinin başına gələn bu hadisə sifarişli olub və belə bir oyunun qurulması Sumqayıt şəhər DYP-dən istənilib.
Avropa.info-nun verdiyi məlumata görə, Nizami İsgəndərov iş adamı "Univermaq Zaman" kimi tanınan Zaman İsgəndərovun oğludur.