Yaxşı və Pis xəbərlər... Natiq Cəfərli yazır

5-02-2021, 22:50           
Yaxşı və Pis xəbərlər... Natiq Cəfərli yazır
Yaxşı xəbərlər silsiləsindən: Prezidentin fərmanına görə ölkə üzrə təqaüdçülərin 93%-nin - 1 milyon 143 min nəfərin pensiyası 11,4% artırılır (yerdə qalanlar xüsusi təqaüd alanlardır). Artım yanvarın 1-dən hesablanır, fevralda təqaüdü alarkən yanvar ayının artım məbləğı də hesablanacaq.
Təqaüdün yığım hissəsi isə (DSMF-də yığılan) 2,8% inteksləşəcək, artırılacaq. Bu artımlar üçün əlavə 441 mln. manat, ümumilikdə isə 2021-ci ildə təqaüd və müavunatlara 5 milyard 743 milyon manat xərclənəcək.
Teref.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Pis xəbərlər silsiləsindən: Ayın əvvəlində dizelin qiymətinin 34%-ə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10% civarında (bəzi məhsullarda 20-30% olub) bahalaşmasına səbəb olub. Bu hələ son deyil: Yazdan başlayaraq yerli aqrar məhsullar artıq yeni, 2020-ci ilin yaz-yayına nisbətən daha baha qiymətə bazara çıxarılacaq - çünki, aqrar sektorda maya dəyərinin 30-40% arasını məhz dizel yanacağı təşkil edir.
Suyun qiymətinin 100%, ərzağın isə 10-15% artması təqaüd artımını bəri başdan "yeyir". Qarşıda isə bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru