Əmanətlərin Sığortalanması Fondu "NBC Bank"ın şəhadətnaməsini bərpa edib

8-02-2016, 12:29           
Əmanətlərin Sığortalanması Fondu "NBC Bank"ın şəhadətnaməsini bərpa edib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBC Bank" ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərarı (25 yanvar 2016-cı il tarixli, 06/3 saylı) ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq "NBC Bank" ASC-nin 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olmasını təsdiqləyən şəhadətnamə bərpa edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.