ADP-çi olduğu ifşa olunan məmurun MTN-də himayə edilməsi üzə çıxdı – FAKT
8-02-2016, 22:25
Bildiyimiz kimi, artıq 4 aydır ki, ölkədə gündəmi “MTN olayı”mövzusu zəbt etdiyindən hətta 22 ildən artıqdır davam edən Qarabağ problemi ilə bağlı mövzunu belə arxa plana keçirməyə müvəffəq oldu. Ölkədə hər kəs məhz bu gün daha hansı məmurun Mahmudovçu çıxacağı gözləntisi ilə yaşadığı bir vaxtda “Sonolay.org” saytına illərdir hakimiyyəti uyutmaqla çox mühüm vəzifələrdə çalışaraq özünə kiçik bir biznes və əhatə imperatorluğu qurmuş, radikal müxalifətin ən sağlam adamlarından və eks-spiker Rəsul Quliyevin himayə etdiyi siyasi təşkilatın sıralarının genişləndirmə işində böyük yardımları olmuş Asif Əzizov barədə səhih məlumatlar aldıq. Sən demə, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının uzun illər müavini postunda vəzifə tutmuş Cənab Əzizov tək özü deyil, hətta ailəlikcə mövcud iqtidara nifrət və görünməz şəkildə mübarizə aparmaqda, hətta qaynatasının ögey qardaşının mərhum prezidentimiz, Ümumilli Lider Heydər Əliyevə qarşı planlaşdırılan sui-qəsd cəhdində adının keçməsi və bütün bunları gizlədə bilməsi kələfin ucunun yenə MTN-ə uzanmasını düşünməyimizə əsas verir. Çünki ən kiçik bir vəzifəyə təyinat alan şəxsin belə, araşdırılması işi ilə uzun müddət məşğul olmuş ləğv olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin, Asif Əzizovun siyasi mənsubiyyəti və yaxınlarının hakimiyyətə qarşı seperat fəaliyyəti heç bir zaman “gözündən” yayına bilməzdi. Deməli, Asif Əzizov barədə hələ çox gizli məqamların üzə çıxarılması, bu istiqamətdə aparacağımız araşdırmalarda daha dəhşətli faktlarla üzləşəcəyimizi indidən təxmin etmək olar. Bəs görəsən sərlövhədə də qeyd etdiyimiz kimi onun Hesablama Palatasında mühim bir post tutan qardaşı necə, Əzizovun əsal siyasi mənsubiyyəti və hakimiyyətə olan mövqeyi barədə məlumatlı olubmu?
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!